Dünyada koronavirusa yoluxanların sayı 10 milyon nəfəri keçib
"Worldometers" saytının məlumatına əsasən, bütün dünyada COVİD-19 infeksiyasına yoluxanların sayı 10 milyon nəfəri ötübdür və hələ də yüksələn xətt üzrə davam edir.
SaharAzeri xəbər verir, Fars xəbər agentliyinin məlumatına görə, dünyada koronavirus qurbanlarının sayı 500 min nəfəri keçibdi.
Hazırda iki milyon 600 min nəfərin koronavirusa yoluxduğu ABŞ dünyada koronavirusa yoluxanların sayına görə, birinci yerdədir və beləliklə dünyada bu virusa yoluxanların 25 faizdən çoxu ABŞ-a aiddir.
ABŞ-da koronavirus qurbanlarının sayı hələ də artmaqdadır və son statistikaya əsasən, 128 mindən çoxdur.
Dünyada koronavirusa yoluxma halına görə, Braziliya, Rusiya, Hindistan, İspaniya, Peru, Çili, İtaliya və İran müvafiq olaraq, sonrakı pillələrdə qərarlaşıblar.
ÜST iyunun 25-də elan etdi ki, hələ dünya əhalisinin 90 faizi koronavirus qarşısında həssasdır.