İyul 02, 2020 14:30 Asia/Baku
  • Nyu-Yorkda sionist rejimə qarşı aksiya keçirilib

Nyu-York şəhərində, sionist rejimin/ qərb sahilnin işğalı planı ilə müxalifət, fələstinlilərə isə dəstək istiqamətində aksiya keçirilib.

Yerli vaxtla çərşənbə günü Nyu-York şəhərinin Bruklin bölgəsində keçirilən bu aksiyada yüzlərlə nəfər iştirak edib. Onlar fələstinlilərə dəstək verməklə bərabər, qərb sahilnin işğalı planına, həmçinin fələstinlilərin ərazilərini qəsb etməyi davam etdirməsinə görə, sionist rejimlə müxalifət ifadə ediblər.

Aksiya iştirakçıları Bruklində hiddət günü elan edib, fələstinlilərə dəstək istiqamətində bayraqlar məcmusunu daşıyaraq, «Fələstini azad edin!» şüarı veriblər.

Etirazçıların sayı, yerli vaxta çərşənbə günü axşam artıb və yerli müxbirlərin hesablamalarına görə, fələstililərin ərazilərinin işğalına qarşı keçirilən bu nümayişdə təqribən iki min nəfər iştirak edibdir.

Teqlər

Şərhlər