İyul 02, 2020 22:01 Asia/Baku
  • Boltonun kitabı Amazon-un bestseller siyahısında birinci yerdədir

Ağ Evin Keçmiş Milli Təhlükəsizlik Müşavirinin mübahisəli kitabının, satışa verildiyi ilk həftədə 780 mindən çox nüsxəsi satılıb.

SaharAzeri xəbər verir, Ağ Evin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan "John Bolton"-nun mübahisəli kitabı ötən həftə, 23 iyun nəşr olunub.
Hill veb saytının bildirdiyinə görə; Kitab satışının ilk həftəsində ondan 780.000 nüsxə satılıb, və kitabın naşiri “Simon və Şaster” bir milyon nüsxə satış ərəfəsindədir. 
Hill həmçinin yazıb: “Bu satışla kitab “New York Times” və “Amazon” onlayn satış portalının ən çox satılan kitablar siyahısına başçılıq edir”.
Bolton öz xatirələrində, Donald Trump ilə 18 ay işləməsi və onun ifşası barədə ətraflı məlumat verir.
Ağ Evin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri "Hadisələr otağı" adlandırdığı kitabında Donald Trump-ın yeganə narahatlığının ABŞ prezident seçkilərində qalib gəlmək olduğunu vurğulayıb.
Trump adminstrasiyasının Boltonun həmin kitabının yayımlanmasının qarşısını almaq üçün bütün səylərini əsirgəmədiyi bir halda, ABŞ-ın yerli məhkəməsinin hakimi Royce Lambert ötən şənbə günü kitabın işiq üzü görməsinə yaşıl işıq göstərdi.

Teqlər