İyul 03, 2020 23:34 Asia/Baku
  • Pakistanın XİN rəhbəri koronavirusa yoluxub

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi koronavirusa yoluxub.

SəhərAzəri - Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə XİN rəhbəri öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, o, bu gün hərarəti olduğunu hiss edib və dərhal özünü təcrid edib: "Mənim COVİD-19 testimin nəticəsi müsbət çıxıb".

XİN rəhbəri öz işini evdən davam etdirəcəyini qeyd edib.

Teqlər