Yaponiyada 145 mindən çox sakin təxliyə ediləcək
https://azeri.sahartv.ir/news/dünya-i364117-yaponiyada_145_mindən_çox_sakin_təxliyə_ediləcək
Yaponiyanın cənub-qərbində yağan güclü yağışlar səbəbindən Kumamoto prefekturasında 145 min nəfərin təxliyəsi elan edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2020 05:45 Asia/Baku
  • Yaponiyada 145 mindən çox sakin təxliyə ediləcək

Yaponiyanın cənub-qərbində yağan güclü yağışlar səbəbindən Kumamoto prefekturasında 145 min nəfərin təxliyəsi elan edilib.

SəhərAzəri - APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Kaqosima və Kumamoto prefekturalarının bəzi yerlərində yağışlar səbəbindən təhlükənin beşinci, ən yüksək səviyyəsi elan edilib. Bu səviyyə yerli əhali üçün “canınızı qurtarın!” siqnalını verir. Kumamoto prefekturasında 80 min sakinin təcili təxliyə edilməsi göstərişi verilib, daha 65 min nəfərin təxliyəsi isə tövsiyə edilib.

 

Hələlik yağıntılar nəticəsində zərərçəkənlər barədə məlumat verilməyib.