İyul 04, 2020 12:32 Asia/Baku
  • Ulyanov:

Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi bir daha İranın nüvə proqramı ilə bağlı heç bir şeyi gizlətmədiyini vurğulayıb.

SəhərAzəri xəbər veriri, Rusiyanın Baş diplomatı və bu ölkənin Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov özünün şəxsi Tvitter səhifəsində yazıb: "Yanlış təqdim olunan iki aydın həqiqət; AEBA İranın gizlətdiyi heş bir məsələnin üstünü açmayıb. İran Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsini pozmur. Bunlar yanlış təfsir olunan həqiqi vəziyyətlərin iki aydın nümunəsidir".

AEBA-nın Direktorlar Şurası bu yaxınlarda üç Avropa ölkəsi yəni Britaniya, Almaniya və Fransa tərəfindən irəli sürülən anti-İran qətnaməsini təsdiq edərək, İranı öz öhdəliklərinə və bu beynəlxalq orqanla əməkdaşlıq etməyə çağırıb.

Bu qətnamə sionist rejimin casusluq məlumatları və iddiaları əsasında və İranla nüvə anlaşmasının tərəflərindən olan üç Avropa ölkəsinin dəstəyi və ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təzyiqləri nəticəsində təsdiq edilib.

Bu Beynəlxalq orqanın hazırkı davranışı göstərir ki, Agentlik üçüncü bir tərəfin iddiasını əsas götürərək, ötən dörd il müddətində İranın konstruktiv əməkdaşlıqlarına əhəmiyyət verməyib.

Teqlər