Trampın Venesuelaya qarşı iddiaları puçdur
Venesuela prezidenti ABŞ-ın prezidenti və hökumətinin onun ölkəsinə qarşı iddialarını pisləyib və onları puç və yalan iddialar adlandırıbdır.
SəhərAzəri xəbər verir, Nikolas Maduro Karakasda keçirilən bir mərasimdə Amerika prezidenti Donald Trampın düşmənçilik rəftarı və iddialarını Vaşinqtonun Vyetnam və İraqda məğlubiyyətlə üzləşən müdaxilələri və onun Florida ştatında keçirdiyi seçki kampaniyasındakı çıxışı ilə müqayisə edərək, onu Trampın Amerika xalqının yanında itirdiyi etibarının bir hissəsini cəlb etmək üzrə cəhd adlandırıb.
Maduro bu sözləri Trampın Venesuela, Kuba və Amerikada sosializmə son qoymağa dair iddialarına cavab olaraq, söyləyib.
Venesuela prezidenti bildirib ki, bu ölkənin milli silahlı qüvvələri qarşıdakı günlərdə Venesuelada sülh və hakimiyyəti möhkəmləndirmək üçün manevr keçirəcəklər.
Tramp koronavirusun bürüdüyü Florida ştatına səfərində Venesuela və Kuba üçün vuruşacağını iddia edib. O, həmçinin iddia edibdir ki, Kuba və Venesuelanı tamamilə nəzarətdə saxlayır.