Taliblərin hücumunda onlarla nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i364539-taliblərin_hücumunda_onlarla_nəfər_ölüb_və_yaralanıb
Taliblərin Əfqanıstanın Səmənqan vilayətinin milli təhlükəsizlik idarəsinin binasına qarşı hücumunda onlarla nəfər həyatını itirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 13, 2020 14:37 Asia/Baku
  • Taliblərin hücumunda onlarla nəfər ölüb və yaralanıb

Taliblərin Əfqanıstanın Səmənqan vilayətinin milli təhlükəsizlik idarəsinin binasına qarşı hücumunda onlarla nəfər həyatını itirib.

SəhərAzəri xəbər verir, Əfqanıstanın şimalında yerləşən Səmənqan vilayətinin vallisi bildirib ki, dörd silahlı hücumçu bazar ertəsi günü bomba yerləşdirilmiş avtomobillə Səmənqan vilayətinin milli təhlükəsizlik idarəsinin binasına hücum edib. Nəticədə on əfqan hərbçi ölüb, 40 nəfər, o sıradan bir neçə mülki isə yaralanıbdır.

Bu hücum Əfqanıstan təhlükəsizlik qüvvələrilə qarşıdurma ilə nəticələnib. Bu zaman dörd silahlı hücumçu ölübdür.

Taliblərin sözçüsü Zəbiullah Mucahid həmin hücumun məsuliyyətini üzərinə götürməklə Taliban-ın tərəfindən bildiribdir ki, bu qrup üzvlərinin Səmənqan vilayətinin milli təhlükəsizlik idarəsinin binasına qarşı hücumunda təqribən yetmiş nəfər ölüb və yaralanıb.

Digər bir xəbərə əsasən, Əfqanıstan Müdafiə Nazirliyi bu gün bildirib ki, Faryab, Lugər və Bəlx vilayətlərində əfqan hərbçilərlə toqquşmada Taliban qrupunun 20 üzvü öldürülüb.

Taliban qrupunun hücumları elə bir halda baş verir ki, Əfqanıstan hökuməti dəfələrlə bu qrupdan döyüşlərə son qoymaq üçün hökumətlə birbaşa müzakirələrə başlamasını istəyibdir. Taliban isə hələ ki, bu xahişə müsbət cavab verməyibdir.