Yanğının söndürülməsindən sonra USS Bonham Riçard döyüş gəmisinin ilk görüntüləri yayılıb
https://azeri.sahartv.ir/news/dünya-i364611-yanğının_söndürülməsindən_sonra_uss_bonham_riçard_döyüş_gəmisinin_ilk_görüntüləri_yayılıb
Amerikanın USS Bonham Riçard hərbi gəmisində üç gün davam edən yanğından sonra xəbər mənbələri yanğının söndürülməsindən sonra yanan gəminin ilk görüntülərini yayımlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2020 01:55 Asia/Baku
  • Yanğının söndürülməsindən sonra USS Bonham Riçard döyüş gəmisinin ilk görüntüləri yayılıb

Amerikanın USS Bonham Riçard hərbi gəmisində üç gün davam edən yanğından sonra xəbər mənbələri yanğının söndürülməsindən sonra yanan gəminin ilk görüntülərini yayımlayıblar.

SəhərAzəri xəbər verir, USS Bonham Riçard döyüş gəmisində Bazar günü axşam ABŞ-ın cənub-qərbindəki San Dieqo limanında yanğın baş Verdi, üç gün davam edən yanğının alovları nəhayət söndürüldü.
Xəbər mənbələrinin verdiyi məlumata görə, yanğın nəticəsində azı 57 nəfər xəsarət alıb.
San-Dieqo Bazası, ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo şəhərində yerləşən ikinci böyük dəniz bazasıdır.
Həmin baza eyni zamanda 50-dən çox hərbi gəmiyə yer verən ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının əsas bazası sayılır.
Təxminən 4 kvadrat kilometr quru əraziyə və təxminən bir yarım kilometrə yaxın su sahəsinə malik olan həmin bazanın 13 bərəsi var. 1922-ci ildən bəri fəaliyyət göstərən San Dieqo dənizkənarı bazasında 24 mindən çox hərbi qüvvə və 10 000 mülki yaşayır.