İyul 15, 2020 10:27 Asia/Baku
  • ABŞ-ın neft ehtiyatları yenidən azalıb - PROQNOZ

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (6-10 iyul) yenidən azalıb.

SəhərAzəri - APA-Economics-in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 8,32 mln. barel azalaraq 530,57 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2,1 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

 

Teqlər