Çexiyada sərnişin və yük qatarları toqquşub, onlarla xəsarət alan var
İyul 15, 2020 00:30 Asia/Baku
Çexiyanın paytaxtı Praqa yaxınlığında sərnişin və yük qatarları toqquşub.
SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə “Assosiated Press” məlumat yayıb.
Məlumata görə, hadisə zamanı onlarla sərnişin xəsarət alıb.
Çexiyanın Dəmiryolu Müfəttişliyi bildirib ki, qəza Praqadan şərqdə, Çeski-Brod stansiyası yaxınlığında, yerli vaxtla 21:30-da, (Bakı vaxtı ilə saat 01:30-da) olub. Qeyd edilir ki, sərnişin qatarı stansiya yaxınlığında dayanan yük qatarına çırpılıb.
Regional Xilasetmə xidmətinin məlumatına görə, hadisə zamanı 60-a qədər sərnişin xəsarət ala bilər. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.