İyul 16, 2020 13:36 Asia/Baku
  • BMT Safər tanker ilə bağlı ekoloji fəlakət barədə xəbərdarlıq edir

BMT baş katibinin Humanitar Məsələlər üzrə müavini, hazırda Qırmızı dənizdə Rəs-İsa limanında lovbər salmış Safər tankerindən neft sızması təqdirdə böyük ekoloji fəlakətin baş verməsi və yəmənlilərin dəhşətli xəsarətlərə düşəcəyi barədə xəbərdarlıq edib.

SəhərAzəri - Rusiya əl-Yovm-un verdiyi məlumata görə,  BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lukas bəyan edib:
Keçən may ayında Safər gəmisindən sızan neft bizi əvvəlkindən daha çox ekoloji fəlakətə yaxınlaşdırdı.
Ənsarullaha bağlı rəsmilər keçən həftə yazılı şəkildə BMT heyətinin həmin tanker məsələsi ilə bağlı nümayəndələrinin bölgəyə göndərilməsini müsbət qarşılayaraq, həmin tədbirin qarşıdakı həftələr ərzində reallaşacağına ümidvar olduqlarını bildiriblər. 
Qeyd edək ki, 27 May - Qırmızı dənizdə lövbər salmış Safər gəmisinin mühərriklərinə su sızması başlayıb. Bu məsələ 1,1 milyon barel neft ehtiva edən tankeri qərq edə bilər. Gəminin ekipajı problemi idarə etməyi bacarsa da, Lukas deyib: “Bu müvəqqəti bir təmirdir və bunun nə qədər davam edəcəyini müəyyənləşdirmək mümkün deyil”. 
BMT baş katibinin humanitar məsələlər üzrə müavini əlavə edib: “Mütəxəssislər Yaxın iki ayda həmin neft sızması nəticəsində 1,6 milyon yəmənlinin həyatına birbaşa təsir edəcəyini təxmin edirlər.”

Teqlər