İyul 16, 2020 18:45 Asia/Baku
  • Trampın seçki qərargahının sədri kənarlaşdırılıb

ABŞ prezidentinin seçki qərargahının sədri rəy sorğularının nəticələrindən irəli gələn böhranla bir zamanda vəzifəsindən kənarlaşdırılıb.

SəhərAzəri xəbər verir, Amerika prezidenti Donald Tramp çərşənbə günü və bu ölkənin prezident seçkilərinə dörd aydan az bir vaxtın qaldığı bir şəraitdə öz seçki qərargahında əsaslı dəyişiklik aparıb və Bil Stefini Berad Parsiklin yerinə bu qərargahın sədri kimi təqdim edib.

Son bir neçə ayda aparılmış rəy sorğularının nəticələrinin hamısı seçkilər ərəfəsində Trampın reytinqinin tənəzzül prosesindən söz açır.

Tramp bu kənarlaşdırmada məqsədi, seçkilərdə qələbəyə nail olmaq adlandırıb. Amma Teleqraf qəzeti yazıbdır ki, Tramp-Parsikl əlaqələri son dərəcə gərginliyə düçar olmuşdu.

Amerikada 140 mindən çox amerikalının həyatını itirməsinə bais olan koronavirus pandemiyası, iqtisadi problemlər, işsizliyin artması, həmçinin anti-rasist aksiyalar Trampın fəaliyyətindən razılığın son dərəcə azalmasına səbəb olub.

Rəy sorğularına əsasən, demokratların qarşıdakı prezident seçkilərinə namizədi Co Bayden Trampdan on beş faiz öndədir.

Teqlər