İyul 22, 2020 15:13 Asia/Baku
  • Pelosi koronavirusu «Tramp virusu» adlandırıb

ABŞ konqresinin nümayəndələr palatasının sədri koronavirusu «Tramp virusu» adlandırıb və bir daha Trampın bu virusla mübarizə tərzini tənqid edib.

SəhərAzəri xəbər veriri, Nensi Pelosi CNN telekanalı ilə müsahibədə deyib: Prezidentin son çıxışına əsasən, belə zənn edirəm ki, o, indiyədək maskadan istifadə sahəsində buraxdığı səhvi və koronavirusun zarafat olmadığını etiraf etdi.

Pelosi söyləyib: Bu epidemiyanın vəziyyəti Trampın səhlənkarlığına görə, daha da yaxşı olmaq əvəzinə, daha da pisləşibdir və əslində bu, «Tramp virusu»dur.

Pelosi CNN telekanalı ilə müsahibədə sonra belə deyib: Əgər Tramp aylar öncə desəydi ki, gəlin maskadan istifadə və toplantılar keçirmək yerinə, sosial məsafəyə riayət edək, bu gün vətəndaşların daha çox hissəsi onun ardınca getmiş olardı.

Pelosi bu sözləri Donald Trampın çərşənbə axşamı günü səhər tezdən Ağ Ev-də etdiyi çıxışına reaksiyada söyləyibdir. Zira Tramp həmin çıxışda maskadan istifadəni müdafiə etdi və amerikalılardan istədi ki, bu xəstəliklə mübarizə aparmaq üçün əlləri yumaqla yanaşı, sosial məsafəyə riayət etsinlər.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

Teqlər