Rusiyada son sutkada 5 862 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/dünya-i364976-rusiyada_son_sutkada_5_862_nəfər_koronavirusa_yoluxub
Rusiyada son sutka ərzində daha 5 862 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2020 07:32 Asia/Baku
  • Rusiyada son sutkada 5 862 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 5 862 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri mediaya istinadla xəbər verir, Rusiyada COVID-19-a yoluxanların sayı 789 190 nəfərə çatıb.

Son sutka ərzində 165 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 745 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 572 053 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.