Rusiyada bir gündə yüzdən çox adam koronavirusdan öldü
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bir gün ərzində Rusiyada 150 nəfər ölüb. Bir sutka ərzində Rusiyada 5395 koronavirusa yeni yoluxma halı aşkarlanıb.
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 823515-ə çatıb. Rusiyada pandemiya yayılandan 13504 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8888 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 612217-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 16,4 milyonu keçib, 654 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.