ABŞ Ali Məhkəməsi Meksika ilə sərhəddə divarın inşasını dəstəklədi
https://azeri.sahartv.ir/news/dünya-i365381-abŞ_ali_məhkəməsi_meksika_ilə_sərhəddə_divarın_inşasını_dəstəklədi
ABŞ-ın Ali Məhkəməsi ölkənin Meksika ilə sərhədində divarın inşasına əngəl olmağa çalışan iki qeyri-hökumət təşkilatının iddiasını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2020 04:53 Asia/Baku
  • ABŞ Ali Məhkəməsi Meksika ilə sərhəddə divarın inşasını dəstəklədi

ABŞ-ın Ali Məhkəməsi ölkənin Meksika ilə sərhədində divarın inşasına əngəl olmağa çalışan iki qeyri-hökumət təşkilatının iddiasını rədd edib.

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bu barədə məhkəmənin qərarında qeyd edilib.

Məhkəmə dörd səsə qarşı beş səslə “Sierra Club” və “Southern Border Communities Coalition” təşkilatlarının iddiasını geri çevirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Hanna” qasırğası ABŞ prezidenti Donald Tramp tərəfindən ABŞ və Meksika arasındakı sərhəddə inşa etdirilən divarın bir hissəsini dağıdıb.

Meksika ilə sərhəddəki divarın inşası Trampın əsas təşəbbüslərindən biridir.