Avq 02, 2020 17:14 Asia/Baku
  • Ənsarullah onlarla Səudiyyə muzdlusunu məhv etdi

Yəmən ordusu və Ənsarullah hərəkatına bağlı xalq mübarizləri Ərəbistanın cənubunda, Nəcran vilayətində həyata keçirilən əməliyyatda onlarla səudiyyə muzdlusunun öldüyü və yaralandığını bildiriblər.

SəhərAzəri-nin məlumatına görə, Yəmən ordusu və Ənsarullah qüvvələri Səudiyyə Ərəbistanına tabe təcavüzkar koalisiyanın muzdlu əsgərlərinin Nəcran vilayəti istiqamətində irəliləməsinə mane olublar. 

İSNA xəbər agentliyinin Anadolu Agentliyinə istinadlı məlumatına görə, Ənsarullah qüvvələri və Yəmən ordusu təcavüzkar koalisiyanın muzdlu qüvvələrinin Nəcran vilayəti istiqamətində irəliləməsinə imkan verməyiblər. 

Yəmən qaynaqları bildirirlər ki, Ənsarullah qüvvələri üç istiqamətdə təcavüzkar koalisiya qüvvələrinə qarşı əməliyyat həyata keçiriblər. 

Bu məlumata görə, Ənsarullah qüvvələri onlarla səudiyyə muzdlusunu öldürüb və yaralayıblar. 

Səudiyyə Ərəbistanı və təcavüzkar koalisiya rəsmiləri hələ ki, bu xəbərə münasibət bildirməyiblər. 

Teqlər

Şərhlər