İngilis hərbçilərin Əfqanıstandakı cinayətləri ifşa edilib
İngilis hərbçilərin Əfqanıstandakı cinayətləri ifşa edilib
Məhkəmədə ifşa olunan sənədlərə əsasən, İngiltərə hərbçiləri Əfqanıstanda mülkilərin qırğını amili olublar.
SəhərAzəri xəbər verir, İngiltərədəki bir məhkəmədə ifşa olunan sənədlərə əsasən, məlum olubdur ki, bu ölkənin xüsusi təyinatlı aviasiya xidmətinin ölüm dəstəsi Əfqanıstanda sivil insanların gecə vaxtı qırğın edilməsində rol alıblar.
Bu sənədlər bundan öncə İngiltərə hökuməti tərəfindən bu ölkənin ali məhkəməsinin ixtiyarına verilməmişdi və həmin məsələ məhkəmə hakimlərindən birinin müdafiə naziri Ben Vallasın bu barədə izahat verməsini istəməsinə səbəb olmuşdu.
Bu sənədlər göstərir ki, 2016-cı il fevralın 16-da İngiltərənin xüsusi təyinatlı aviasiya xidmətinin naməlum bölmələrindən birinin üzvləri gecə ilə Əfqanıstanın Hilmənd vilayətində yerləşən bir kənddə/ şose yolu kənarında bombalar yerləşdirməkdə şübhəli bilinən bir kişinin evinə basqın və qadınlar və uşaqlara şamil olan onun ailə üzvlərini həbs edir, sonra isə başlarına atəş açaraq, onların hamısını qətlə yetirirlər.
Bu mülkilərin qırğın edilmələri barədəki məhkəmə işi İngiltərə ordusu polisinin xüsusi təyinatlı təhqiqat bölməsinə təqdim olunub və onlar məsələni ciddi hesab edərək, onu araşdırmağa başlayıblar.
Amerika və müttəfiqləri terrorizmlə mübarizə və Əfqanıstanda təhlükəsizliyin təminini bəhanə gətirərək, 2001-ci ildə bu ölkəyə basqın etdilər, amma o zamandan bəri əmin-amansızlıq, terrorizm və narkotik maddələr istehsalı Əfqanıstanda nəzərəçarpacaq dərəcədə artıma malik olubdur.