BMT məruzəçisi: "Səud rejimin ölüm dəstəsi ilə bağlı daha çox cinayət işi qarşıdadır"
BMT-nin xüsusi məruzəçisi Kanadada Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyatçısını terror etmək cəhdi ilə əlaqədar səud vəliəhdinə qarşı irəli sürülən yeni cinayət işi haqda deyib: " Səudların ölüm dəstələri ilə əlaqədar daha çox ittihamlar qarşıdadır".
SəhərAzəri xəbər verir, Aqnes Kallamard öz Tvitter səhifəsində yazıb: "Əgər Səd Əl-Cəbrinin irəli sürdüyü yeni ittihamlar sübut olunarsa, belə bir fərziyyəni gücləndiri ki, səud rejiminin vəliəhdi Məhhəməd Bin Salman ölüm dəstələrinə göstəriş verib və hələ də məsuliyyətdən boyun qaçırır".
BMT-nin xüsusi məruzəçisi paylaşdığı başqa bir tvittdə səud rejiminin tənqidçi jurnalist Camal Qaşıqçını öldürmək üçün 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna bir ölüm dəstəsi göndərdiyinə toxunub və yazıb: "Dünyanın başqa nöqtələrinə göndərilən səudların rəsmi ölüm dəstələri ilə bağlı daha çox ittihamlar irəli sürüləcək".
Vaşınqton məhkəməsi avqustun 10-da bir qərar çıxararaq , Əl-Cəbrinin terroru ilə əlaqədar Bin Salmanla birlikdə 13 səud rəsmisini məhkəməyə çağırıb.
Əl-Cəbri cari ilin Altı avqust tarixində Vaşinqton şəhərindəki məhkəmələrdən birinə müraciət edərək, Bin Salmandan onu terror etməyə cəhd etdiyi üçün şikayət edib.
Əl-Cəbrinin şikayət ərizəsində deyilir: "Səud vəliəhdi 2018-ci ildə onu qaşıqçı kimi öldürüb parçalamaq üçün Kanadaya bir ölüm dəstəsi göndərib".
Deyilənlərə görə, Əl-Cəbrinin əlində bir sıra sənədləri vardır ki, Bin Salman onları ələ keçirmək istəyir.