Donald Tramp Çin lideri ilə münasibətlərinin pozulduğunu açıqlayıb
https://azeri.sahartv.ir/news/dünya-i365835-donald_tramp_Çin_lideri_ilə_münasibətlərinin_pozulduğunu_açıqlayıb
“Koronavirus pandemiyasının yayılması ilə Çin lideri Si Cinpinlə aramız bir qədər pozuldu”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2020 16:51 Asia/Baku
  • Donald Tramp Çin lideri ilə münasibətlərinin pozulduğunu açıqlayıb

“Koronavirus pandemiyasının yayılması ilə Çin lideri Si Cinpinlə aramız bir qədər pozuldu”.

SəhərAzəri Reuters-a istinadla xəbər verir, bunu ABŞ prezidenti Donald Tramp bildirib. 

O, çinli həmkarı ilə uzun müddətdir danışmadığını deyib: “Si Cinpin ilə gözəl münasibətlərimiz vardı (burada ötən il imzalanan ticarət sazişi nəzərdə tutulur – red.). Ona rəğbətim var, amma artıq eyni şeyi hiss etmirəm”.

Ağ Ev rəhbəri bu dəyişikliyin koronavirus pandemiyası zamanı ortaya çıxdığını da vurğulayıb.