"Ənsarullah" rəsmisi BƏƏ-nin İslam ümmətinə xəyanət etdiyini bildirdi
"Ənsarullah" rəsmisi BƏƏ-nin İslam ümmətinə xəyanət etdiyini bildirdi
Yəmənin "Ənsarullah" hərəkatı Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail rejimi arasındakı diplomatik əlaqələrin normallaşdırılmasını qınayıb.
Səhər Azəri bildirir ki, bu barədə Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam məlumat verib.
Əl-Məsirə Xəbər Portalının məlumatına əsasən, Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam öz açıqlamasında vurğulayıb ki, Fələstin hər zaman İslam ümmətinin qəlbində, canında və ruhunda yer alıb. Bu razılaşma əslində ümmətin məsələlərinin ABŞ seçkiləri uğrunda satıldığını göstərən ABŞ propaqandasıdır. Sözügedən razılaşma sionizmin və ABŞ-ın bölgəni dağıtmaq cəhdlərinin davam etdiyinin sübutudur",
O qeyd edib ki, İslam ümməti Fələstin mübarizəsindən və xalqından heç bir halda imtina etməyəcək.