Neft yenidən ucuzlaşdı
Neft yenidən ucuzlaşdı
Dünya bazarında neftin qiymətindəki azalma davam edir.
Səhər Azəri bildirir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,36% azalaraq 1 barelə görə 44,80 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında da sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,54% azalaraq 42,01 dollar təşkil edib.
Bu məlumata görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti də azalıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 ABŞ dolları və ya 1,24% azalaraq 44,89 dollar təşkil edib.
Neftin əksinə olaraq dünya bazarında mavi yanacağın qiymətində artım müşahidə olunub.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Bu məlumata görə, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 7,97% artaraq 2,36 ABŞ dolları təşkil edib.