Avropa İttifaqı: ABŞ-ın "maşa" mexanizmindən istifadə haqqı yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i366043-avropa_İttifaqı_abŞ_ın_maşa_mexanizmindən_istifadə_haqqı_yoxdur
Birləşmiş Ştatlar nüvə anlaşmasından çıxdığı üçün "maşa" mexanizmindən istifadə haqqına malik deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2020 12:36 Asia/Baku
  • Avropa İttifaqı: ABŞ-ın

Birləşmiş Ştatlar nüvə anlaşmasından çıxdığı üçün "maşa" mexanizmindən istifadə haqqına malik deyil.

Səhər Azəri bildirir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsinin sözçüsü söyləyib.

Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsinin sözçüsü Almaniyanın DPA telekanalına verdiyi müsahibədə ABŞ-ın nüvə anlaşmasından çıxdığı üçün "maşa" mexanizmindən istifadə edərək, Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək haqqına malik olmadığını deyib. 

Cüzep Borlun sözçüsü Vaşinqtonun nüvə anlaşmasına aid mexanizmlərdən o cümlədən "maşa" mexanizmindən istifadə haqqına malik olmadığını vurğulayıb. 

ABŞ prezidenti Donald Tramp Təhlükəsizlik Şurasında İran əleyhinə qətnamənin fiaskoya uğramasının ardınca TŞ-nin İran əleyhinə sanksiyalarını bərpa edəcəyini deyib.