Avq 16, 2020 23:16 Asia/Baku
  • Amerika tətik mexanizmindən istifadə edə bilməz

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, Amerika nüvə anlaşmasından çıxandan sonra tətik mexanizmindən istifadə haqqına malik deyildir.

Səhər Azəri bildirir ki, Cozep Borrel nüvə anlaşmasından çıxdığına və onun strukturları və fəaliyyətində heç bir iştiraka malik olmadığına görə, Vaşinqtonun bu anlaşmanın üzvü hesab olunmadığını deyib.

ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnamə layihəsinin uğursuz qalmasından sonra Ağ Ev rəsmiləri, o sıradan bu ölkənin prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo BMT-nin İrana qarşı bütün sanksiyalarının geri qaytarılması üçün tətik mexanizmini fəallaşdırmaq istəyirlər.

Teqlər