ABŞ ordusunun hava hücumunda suriyalı zabit həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i366085-abŞ_ordusunun_hava_hücumunda_suriyalı_zabit_həlak_olub
ABŞ Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirib, bir zabit həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2020 08:49 Asia/Baku
  • ABŞ ordusunun hava hücumunda suriyalı zabit həlak olub

ABŞ Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirib, bir zabit həlak olub.

Səhər Azəri bildirir ki, ABŞ Hərbi Hava Qüvvələri Suriyanın Qamışlı məntəqəsində ordunun mövqelərinə raket zərbələri endirib. 

Bu məlumata görə, hücum nəticəsində bir hərbçi ölüb, daha ikisi isə xəsarət alıb. 

Suriyanın Əl-Vətən qəzeti hücum nəticəsində yaralanan hərbçilərdən birinin ordu zabiti olduğunu bildirib.