ABŞ ordusu Suriyanı vurdu, bir hərbçi həlak oldu
ABŞ ordusu Suriyanı vurdu, bir hərbçi həlak oldu
Avq 17, 2020 10:20 Asia/Baku
ABŞ Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirib.
Səhər Azəri bildirir ki, bu barədə Suriya dövlət telekanalı məlumat yayıb.
Məlumatda ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ordusunun Qamışlı şəhərinin cənubundakı mövqelərinə hava zərbələri endirildiyi bildirilib.
Hücum nəticəsində bir hərbçinin həlak olduğu, daha iki nəfərin də yaralandığı bildirilir. Həlak olan hərbçinin ordu zabiti olduğu qeyd olunub.
Teqlər