Rusiya: COVID-19 peyvəndi gələn həftə 40 min nəfərə vurulacaq
Rusiya bildirib ki, gələn həftə 40 min nəfərə COVID-19 peyvəndi vurulacaq.
SəhərAzəri xəbər verir, Rusiyada COVID-19 peyvəndini düzəldib, istehsal edən/ fəxri akademik Qamalei adına epidemologiya və mikrobiologiya üzrə milli araşdırma mərkəzi bildirib ki, inkişaf etdirilmiş COVID-19 peyvəndi gələn həftə 40 min nəfərə vurulacaq ki, onun ümumi sınağının ilk etapı həayata keçirilmiş olsun. Bunu mərkəzin müdirlərindən biri vurğulayıb.
«Sputnik- V» adlanan bu peyvənd layihəsinin sponsorları deyiblər ki, daxili qaydaların tənzimlənməsinin təsdiq olunması üçün sınaq, 40 min nəfərdən çox insanı əhatə edəcəkdir.
Bu, qeyd olunan vaksinin müəllifləri tərəfindən peyvəndin ilk sınaq mərhələsinin icrası barədə yayılan ilk detallardır və onda məqsəd, vaksinin təhlükəsizliyi ilə bağlı bəzi alimlər və tədqiqatçıların nigarançılıqlarını aradan qaldırmaqdır.
Bu vaksinə dəstək verən Rusiya İnvestisiya Fondunun direktoru Kirill Dmitriyev deyib ki, bəzi ölkələr Rusiyaya qarşı informasiya savaşı aparmaqdadırlar.