Pompeonun növbəti uğursuz cəhdi
https://azeri.sahartv.ir/news/dünya-i366312-pompeonun_növbəti_uğursuz_cəhdi
ABŞ-ın dövlət katibi İrana qarşı uğursuz səylərinin davamında iddia edibdir ki, İrana silah satışının qarşısını almaq üçün hər bir vasitədən istifadə edəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2020 03:43 Asia/Baku
  • Pompeonun növbəti uğursuz cəhdi

ABŞ-ın dövlət katibi İrana qarşı uğursuz səylərinin davamında iddia edibdir ki, İrana silah satışının qarşısını almaq üçün hər bir vasitədən istifadə edəcəyik.

Səhər Azəri bildirir ki, Mayk Pompeo Vaşinqtonun Tehrana qarşı hərəkətlərindəki uğursuzluqların ardınca Foks-Nyus-la müsahibədə deyib ki, Vaşinqton Rusiya və Çin silahlarının İrana satışının qarşısını almaq üçün hər bir vasitədən istifadə edəcək.

ABŞ-ın dövlət katibi bundan öncə təhdidlə bildirmişdi ki, İrana qarşı sanksiyaların geri qayıtması ilə müxalif olacaq hər bir ölkəyə qarşı cəzalar tətbiq edəcəkdir.

ABŞ-ın dövlət katibi cümə axşamı günü həmçinin BMT Təhlükəsizlik Şurasının sədrinə məktub təqdim edərək, İranı nüvə anlaşmasını pozmaqda ittiham etdi və rəsmən İrana qarşı sanksiyaların geri qayıtmasını istədi.

Fransa, Almaniya və İngiltərədən ibarət olan Avropa üçlüyü ABŞ-ın hərəkətinə qarşı çıxaraq, BMT Təhlükəsizlik Şurasının sədrinə bir məktub təqdim etdi.

Amerikanın İrana qarşı düşmənçilik siyasətlərinin davamında nüvə anlaşmasının üzvü olan bu üç Avropa ölkəsi cümə axşamı günü bir bəyanat yayaraq, bildirdi ki, Amerikanın İrana qarşı tətik mexanizmini işlətməsini himayə etmir.

Amerika BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə məhəl qoymadan birtərəfli və qanunsuz bir hərəkətdə nüvə anlaşmasından çıxdı.