Bəsrədə etiraz aksiyaları şiddətlənir
Bəsrədə etiraz aksiyaları şiddətlənir
Bəsrə vilayətində etiraz aksiyalarının və şübhəli terror aktlarının davam etməsini nəzərə alaraq Sədr cərəyanı "Səraya İslam" qrupunun fəaliyyətinin bərpa edilməsindən xəbər verib.
Səhər Azəri bildirir ki, son Bəsrə olayları ilə əlaqədar tezliklə fövqəladə iclasın keçirilməsi planlaşdırılır.
Bu məlumata görə Bəsrə polis rəisinin İraqın baş naziri tərəfindən vəzifəsindən azad edilməsi də etirazların səngiməsinə kömək etməyib. Belə ki, narazı kütlə dünən gecə Bəsrə şəhərində parlament binası önündə aksiya keçirərək, parlament binasını yandırıb. Xalq Bəsrə valisinin kənarlaşdırılmasını və son terror aktlarına görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyir.
Hal hazırda Amerikada səfərdə olan İraqın baş naziri Mustafa Əl-Kazimi ötən bazar ertəsi günü etiraz aksiyalarının artması və şübhəli terror aktlarının ardınca Bəsrə polis rəisini vəzifəsindən azad etməyə məcbur oldu.
Bəsrədə etiraz aksiyalarının genişlənməsinin əsas səbəblərindən biri ictimai fəalların şübhəli şəkildə terror edilməsidir.