Co Bayden:
ABŞ daxili savaş meydanına çevrilməməlidir!
Avq 31, 2020 15:29 Asia/Baku
Demokratların prezident seçkilərindəki namizədi Portlənd şəhərindəki iğtişaşları qınayaraq, Trampın Birləşmiş Ştatları xaosa sürüklədiyini dedi.
Səhər Azəri bildirir ki, Co Bayden prezident seçkilərinin yaxınlaşması ilə Trampın Birləşmiş Ştatlarda gərginliyi körüklədiyini deyib.
"Mən, kimin tərəfindən olmasından asılı olmayaraq zorakılığın istənilən növünü qınayıram. Və Trampdan da belə etməsini istəyirəm. Ölkəmizin daxili savaş meydanına çevrilməsinə icazə verməməliyik." deyə Co Bayden qeyd edib.
Tramp bundan öncə Tvitter-də Demokratların nəzarəti altında olan şəhərlərdə iğtişaşlar və etirazların susdurulması üçün ən təsirli vasitənin gücdən istifadə olmasına dair yazı paylaşıb.