Lavrov avropalıların ABŞ-ın ardınca getmələrini tənqid edib
Rusiya xarici işlər naziri avropalıların ABŞ-ın anti-İran siyasətlərinə riayət etmələrinə reaksiya verib.
SəhərAzəri xəbər verir, Sergey Lavrov Avropa ölkələrinin İranla ticarət icazəsinə malik olmaq və ABŞ-ın qanunsuz və ölkədənkənar sanksiyalarından azad olmaq üçün Vaşinqtona xahişlə müraciət etmələrini zəlilcəsinə bir hərəkət adlandırıb.
Rusiyanın xarici işlər naziri deyib: Avropa ölkələrinin İranla ticarəti asanlaşdırmaq üçün işə saldıqlarını iddia etdikləri Avropanın İranla xüsusi ticarət kanalı- İNSTEKS(INSTEX) İranla ticarət münasibətlərinin adiləşdirilməsi üçün yetərsizdir.
Rusiyanın xarici işlər naziri sonra bir daha vurğulayıbdır ki, Amerika nüvə anlaşmasından çıxıb və BMT Təhlükəsilzik Şurasının İran əleyhinə sanksiya qətnamələrini geri qaytarmaq üzrə heç bir haqqa malik deyildir.
Amerika İrana qarşı silah embarqosunun müddətinin uzadılması üçün təqdim etdiyi qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında qəbul edilməməsindən sonra və nüvə anlaşmasından çıxmasına baxmayaraq, Vaşinqtonun İrana qarşı sanksiyalarını geri qaytarmaq niyyətindədir.Bu qərar BMT Təhlükəsizlik Şurası üzvlərinin qətiyyətli müxalifətilə üzləşibdir.ABŞ prezidenti Donald Tramp, 2018-ci il mayın 8-də Vaşinqtonun nüvə anlaşmasında götürdüyü öhdəliklərə zidd olaraq, birtərəfli şəkildə bu beynəlxalq anlaşmadan çıxdı və nüvə sanksiyalarının qaytarılacağını elan etdi.Trampın bu hərəkəti daxili və beynəlxalq səviyyələrdə geniş tərzdə pisləndi.