Sen 07, 2020 16:31 Asia/Baku
  • ABŞ-da irqçilik dərin köklərə malikdir

ABŞ-ın Nümayəndələr Palatasındakı müsəlman qadın nümayəndə deyib: "ABŞ-da irqi zülmkarlıq və diqqətsizlik əsrlərdir davam edir".

Səhər Azəri bildirir ki, ABŞ-ın Nümayəndələr Palatasındakı müsəlman qadın nümayəndə İlhan Omar sosial şəbəkələrdə canlı yayımlanan çıxışında deyib: "ABŞ-da irqi ayrıseçkilik və zorakılıq əsrlərdir davam edir və buna görə də, mövcud vəziyyətdən narazı olanlar bu ədalətsizliyə son qoymaq üçün küçələrə axışıblar ".

İlhan Omar əlavə edib: "Hazırda biz danışarkən, əsirlər boyu davam edən zülm və irqi diqqətsizliyin əleyhinə baş qaldıran qiyamın ortasındayıq. Biz Amerika cəmiyyəti və siyasətinin daxilindəki vəziyyətə nəzər yetirmədən Minneapolis və Kenoşa şəhərində keçirilən aksiyalar və ya idman komandalarının oyunçuları arasındakı etirazlar haqda danışa bilmərik".

"Bu ölkədə milyonlarla insanı əzməyə və onları məyus edən yoxsulluğa sürükləməyə davam edən bir sistemimiz var. Bu sistem insanların qida, sığınacaq və dərman kimi ən sadə ehtiyaclarını belə təmin etməkdən acizdir, insanların vəhşilik və polis zorakılığı ilə üzləşməsi və ya iqtisadi təzyiqlər altında əzilməsi siyasətçilər üçün önəmli deyil", -deyə İlhan Omar qeyd edib. 

Omarın sözlərinə görə, ABŞ xalqı bir çox problemlə üz-üzədirlər, odur ki, fəryad edir və hər kəsin eşidə bilməsi üçün küçələrdə səsini ucaldır. ABŞ milləti məyusluqdan dəyişiklik üçün fəryad edir.

Bu müsəlman nümayəndə sonda deyib: "Cəmiyyətimizin  ən həssas siniflərlə münasibətdəki hazırkı metodları əsaslı və fundamental şəkildə dəyişdirilməlidir, çünki bu zülmlər və bərabərsizliklər kifayət qədər davam edib və indi onun sona çatdırılması zamanı gəlib çatıbdır".

Teqlər