Sen 10, 2020 22:35 Asia/Baku

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasındakı "Brexit" müqaviləsinin (Britaniyanın Aİ-dən çıxması ilə bağlı razılaşma) artıq qüvvəyə mindiyini və bunun birtərəfli qaydada dəyişdirilə bilməyəcəyini elan edib. Bununla əlaqədar Avropa Komissiyası Britaniyanın Aİ-dən çıxmasına dair müqavilənin şərtlərini pozan yeni qanun layihəsinə dəyişiklik etməyə çağırıb.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda deyilir.

" Britaniyanın Aİ-dən çıxmasına dair müqavilə 1 fevral 2020-ci il tarixində qüvvəyə minib. Bundan sonra nə Aİ, nə də Britaniya razılaşmanı birtərəfli qaydada dəyişdirə, dəqiqləşdirə, düzəldə, şərh edə, laqeyd yanaşa və ya rədd edə bilməz. Müqavilənin şərtlərinin pozulması beynəlxalq hüquqa zidd olacaq, etimadı zəiflədəcək və gələcək münasibətlərlə bağlı davam edən danışıqları təhlükə altına qoyacaq. Komissiyanın vitse-prezidenti Maroş Şefçoviç bildirib ki, qanun layihəsi qəbul edilərsə, geri çəkilmə müqaviləsinin son dərəcə ciddi bir pozuntu olacaq", - məlumatda deyilir.

Teqlər