Bayden qalıb gələcəyi təqdirdə İranla əldə edilmiş nüvə sazişinə qayıdacağını bildirib
Sen 11, 2020 15:44 Asia/Baku
ABŞ-da demokratların prezident seçkilərindəki namizədi Cozef Bayden qalib gələcəyi təqdirdə dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişinə qayıdacağını bildirib.
SəhərAzəri isna-ya istinadla xəbər verir, prezidentliyə namizəd Cozef Bayden son çıxışında ABŞ-ın nüvə sazişindən çıxmasından sonra İranın nüvə silahına biraz da yaxınlaşdığını iddia edib və bildirib ki, qalib gələrsə sazişə qayıdacaq.
Co Bayden əlavə edib ki, nüvə sazişinə qayıtmaq 4 illik ədavətdən sonra çətin baş tutacaq və ona görə Rusiya, Çin və sazişin digər tərəflərinin dəstəyi lazım olacaq.
ABŞ-da demokratların namizədi bildirib ki, İran sazişin şərtlərini yerinə yetirməyə yenidən qayıtsa ABŞ da sazişə dönəcək.