Fransada "Sarı Jiletlilər" cərəyanı yenidən alovlanır
Parisdə 150 aksiya iştirakçısı saxlanıldı
Koronavirus pandemiyasına rəğmən Fransada "Sarı Jiletlilər" bir daha küçələrə axın etdi, 150 nəfər saxlanıldı.
Səhər Azəri bildirir ki, Fransada prezident Makronun iqtisadi siyasətləri və kapitalizm quruluşu ilə müxalif olanlar bir daha Paris küçələrinə axın ediblər.
Bu məlumata görə Paris küçələrində "Sarı Jiletlilər" cərəyanı ilə Fransa polisi arasında çıxan qarşıdurma zamanı 150 nəfər saxlanılıb. Fransa polisi narazı kütləni dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə edib.
Rusiya Əl-Yəum bu barədə yazır: "Sarı Jiletlilər" yenidən Paris küçələrinə qayıdır. Təhlükəsizlik rəsmiləri Parisdə təhlükəsizlik tədbirlərini xeyli gücləndiriblər. Bəzi küçələr isə tamamilə bağlanılıb. Yerli rəsmilə bu qədər insanın küçələrə axın edəcəyini gözləmədiklərini bildirirlər. Deyilənlərə görə aksiyada iştirak edənlərin sayı minlərlə nəfər olub. Təşkilatçılar qarşıdan gələn günlərdə daha geniş aksiyaların keçiriləcəyinin anonsunu verirlər. Bəziləri isə Fransa polisinin bu etiraz aksiyalarını cilovlaya biləcəyinə inanır.