"Koronavirus böyük yalandır" - Trampın tərəfdarları + Video
https://azeri.sahartv.ir/news/dünya-i367216-koronavirus_böyük_yalandır_trampın_tərəfdarları_video
Birləşmiş Ştatların koronavirus pandemiyası ilə əlbəyaxa olduğu bir şəraitdə prezident Donald Trampın tərəfdarları virusu "böyük yalan" adlandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2020 13:16 Asia/Baku

Birləşmiş Ştatların koronavirus pandemiyası ilə əlbəyaxa olduğu bir şəraitdə prezident Donald Trampın tərəfdarları virusu "böyük yalan" adlandırıblar.

Səhər Azəri bildirir ki, Birləşmiş Ştatlarda koronavirus infeksiyasının sürətlə yayılmasına dair bütün xəbərdarlıqlara baxmayaraq, Donald Trampın seçki qərargahı bütün bu xəbərdarlıqları heçə sayır. 

Prezident Donald Trampın tərəfdarları və seçki qərargahı koronavirus infeksiyasının yayılması ilə mübarizə istiqamətində bütün xəbərdarlıqlara laqeyd yanaşaraq, tibbi maskadan imtina edir və sosial məsafəni qorumurlar. 

CNN müxbirinin "nə üçün tibbi maskadan istifadə etmirsiniz" sualına cavab olarq Trampın tərəfdarları koronavirusu ABŞ iqtisadiyyatını məhv etməyə köklənmiş "böyük yalan" adlandırır və belə bir virusun varlığına inanmadıqlarını bildiriblər.