Sen 20, 2020 08:43 Asia/Baku
  • ABŞ polisi Portlend şəhərində 11 aksiya iştirakçısını həbs edib

Bir neçə aydır irqçilik və polis özbaşınalığına qarşı etirazların səngimədiyi ABŞ-ın Portlend şəhərində 11 nəfər saxlanılıb.

Səhər Azəri bildirir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Məlumata görə, yerli vaxtla təxminən 20:45-də bir qrup insan etirazın başladığı federal qurumun binasına doğru yürüş edib. Kütlə polis tərəfindən dağıdılıb.

“Portlend polisi izdiham arasındakı bəzi konkret şəxslərin polis əməkdaşlarına küt əşyalar atmaqla cinayət törətdiklərini müəyyən edib. Buna görə də 11 nəfər həbs olunub”, - deyə məlumatda qeyd olunub.

ABŞ-da xüsusilə prezident seçkilərinə qalan günlərdə polis zorakılığının və irqçiliyin şiddətlənməsinə etiraz məqsədli aksiyalar xeyli artıb.

Tramp hökuməti xalqın haqlı narahatlığı və etirazını polis gücünə boğmaq istəyir.

Teqlər