Pompeo Ermənistan və Azərbaycanı danışıqlara dəvət etdi
https://azeri.sahartv.ir/news/dünya-i367827-pompeo_ermənistan_və_azərbaycanı_danışıqlara_dəvət_etdi
ABŞ dövlət katibi Dağlıq Qarabağda döyüşlərin durdurulmasını istəyərək, Ermənistan və Azərbaycanı danışıqlara dəvət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2020 11:16 Asia/Baku
  • Pompeo Ermənistan və Azərbaycanı danışıqlara dəvət etdi

ABŞ dövlət katibi Dağlıq Qarabağda döyüşlərin durdurulmasını istəyərək, Ermənistan və Azərbaycanı danışıqlara dəvət edib.

Səhər Azəri bildirir ki, ABŞ dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycandan Dağlıq Qarabağda gedən döyüşləri durdurmalarını, ixtilafların həll edilməsi üçün danışıqlara başlamalarını istəyib. 

"Biz döyüşlərin durdurulmasını və danışıqların ən qısa zamanda bərpa edilməsini istəyirik. Münaqişə tərəfləri döyüşləri durdurmalı və müzakirə masasına qayıtmalıdırlar." deyə Mayk Pompeo qeyd edib.