Qırğızıstandakı son vəziyyət
Qırğızıstanın keçmiş prezidenti həbs olunub
Okt 11, 2020 10:20 Asia/Baku
Qırğızıstanın keçmiş prezidenti Milli Təhlükəsizlik Komitəsi tərəfindən həbs olunub.
SəhərAzəri xəbər verir, Qırğızıstanın keçmiş prezidenti Almazbeyk Atəmbayev Milli Təhlükəsizlik Komitəsi tərəfindən həbs olunub.
Həbsin səbəbi küçə nümayişlərinin və iğtişaşların təşkili elan edilib.
Qırğızıstanın keçmiş prezidentinin avtomobili cümə günü Bişkekin mərkəzi meydanında atəşə tutulmuşdu.
Qeyd edak ki, Qırğızıstanda baş verən son etiraz və iğtişaşlar fonunda Atəmbayev həbsdən azad olunmuşdu.