Xristofor Kolumbun heykəli Mexiko şəhərindəki məkanından götürülüb
Meksika hökuməti bu ölkənin paytaxtı Mexikoda quraşdırılmış Xristofor Kolumbun heykəlini öz məkanından götürübdür.
SəhərAzəri xəbər verir, Meksika hökuməti Amerika qitəsini kəşf edən ilk səyyah kimi Xristofor Kolumbun bu ölkəyə daxil olması münasibətilə Meksikada keçirilən illik nümayiş başlanmazdan öncə onun tuncdan düzəldilmiş və Mexikoda quraşdırılmış bir iri heykəlini öz yerindən götürüb, digər bir heykəlinin ətrafına isə dəmir hasarlar çəkibdir.
Mexiko meri bildiribdir ki, bu heykəl bərpa edilmək üçün öz məkanından götürülüb, amma Kolumbun irsləri barədə düşünməyin də vaxtı gəlib çatıbdır.
Meksika prezidenti Andres Manuel Lopes Obrador da şənbə günü yayılan bir məktubda dünya katoliklərinin rəhbəri Papa Fransisdən istəyibdir ki, katolik kilsəsinin 16-cı əsrin əvvəllərində Meksikanın fəth edilməsi zamanı yerli əhalinin yatırılmasındakı roluna görə, üzr istəsin.