Dünyada koronadan sağalanların sayı 29 milyonu keçib
Okt 15, 2020 06:31 Asia/Baku
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 38 752 973 nəfər korona virusuna(Covid 19) yoluxmuşdur.
SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, İndiyə qədər dünyada 38 milyon 752 min 973 nəfər koronavirusa yoluxmuşdur. Ayrıca, bu günə qədər 29 milyon 129 min 637 xəstə sağalıb və 1 096 962 nəfər ölüb.
Amerika 8 milyon 150 min 43 nəfər koronavirus xəstəsi və 221 min 843 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Rusiya, İspaniya, Argentina, Kolumbiya, Peru, Meksika, Fransa, Cənubi Afrika, İngiltərə, İran və Şili sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.