Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb
Okt 16, 2020 00:56 Asia/Baku
Qırğızıstanda prezidentin səlahiyyətləri baş nazirə verilib.
SəhərAzəri TASS-a istinadla xəbər verir, Qırğızıstanın Baş Naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.
S.Japarov bildirib: “Prezident Sooronbay Jeenbekov istefa verməsi haqqında ərizə yazıb. Konstitusiyaya görə, Prezidentin səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Parlamentin sədri Kanat İsayev isə Prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edir. O bununla əlaqədar ərizə də yazıb. Beləliklə Baş Nazir kimi Prezidentin səlahiyyətləri də mənə keçib”.
Xatırladırıq ki, dünən Qırğızıstanın Prezidenti Sooronbay Jeenbekov istefa verdiyini elan edib.