Sarkoziyə qarşı ittihamlar daha da ağırlaşıb
https://azeri.sahartv.ir/news/dünya-i368539-sarkoziyə_qarşı_ittihamlar_daha_da_ağırlaşıb
Fransa prokurorları Qəzzafi ilə qanunsuz əlaqələrinə görə, bu ölkənin keçmiş prezidentinə qarşı ittihamlarını daha da ağırlaşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2020 08:10 Asia/Baku
  • Sarkoziyə qarşı ittihamlar daha da ağırlaşıb

Fransa prokurorları Qəzzafi ilə qanunsuz əlaqələrinə görə, bu ölkənin keçmiş prezidentinə qarşı ittihamlarını daha da ağırlaşdırıblar.

SəhərAzəri xəbər verir, Fransa prokurorları 2007-ci il prezident seçkiləri mübarizələrinin maliyyə təmini üçün Liviyanın sabiq diktatoru Muəmmər Qəzzafidən pul alması ilə bağlı Nikola Sarkozi barədəki təhqiqatlarının davamında ona qarşı yeni ittihamı «cinayətkarcasına hərəkələrdə iştirak» elan ediblər.

Sarkozi 2018-ci ilin martında korrupsiyada və Qəzzafidən pul almaqda ittiham edilmişdi. Bu üzdən, yeni ittiham ona qarşı irəli sürülən ittihamların şiddətlənməsi hesab olunur.

Nikola Sarkozi 2007-ci ildən 2012-ci ilədək Fransanın prezidenti olubdur.

Liviyanın sabiq diktatoru Muəmmər Qəzzafi 2011-ci ildə Sarkozinin prezidentliyi altında olan Fransa da daxil olmaqla Qərb ölkələrinin müdaxiləsilə devrilərək, öldürüldü.