Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib
https://azeri.sahartv.ir/news/dünya-i368874-rusiyada_koronavirusa_yoluxanların_sayı_1_5_milyonu_keçib
Rusiyada son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2020 10:03 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib

Rusiyada son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib.

SəhərAzəri RİA.Novosti-yə istinadən xəbər verir, Rusiyada son sutka ərzində 84 bölgədə daha 16 710 nəfər COVID-19-a yoluxub. Onlardan 4 456 nəfərdə heç bir koronavirus simptomu yoxdur. bununla Rusiyada koronavirusa yoluxanların sayı 1 513 877 nəfərə çatıb.

Ən çox koronavirusa yoluxma sayi, 4 455 nəfərlə Moskvada qeydə alınıb.

Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü rədədə yerləşib.