Okt 29, 2020 16:41 Asia/Baku
  • Fransanın Səudiyyə Ərəbistanındakı konsulluğuna hücum edilib

Səudiyyə Ərəbistanı polisi Fransanın Ciddə şəhərindəki konsulluğunun mühafizəçisinə soyuq silahla hücum edən şəxsin saxlanılmasından xəbər verib.

SəhərAzəri Ərəbistanın "VAS" xəbər agentliyinə istinadla xəbər verir ki, bu hadisədən sonra Fransa konsulluğunun mühafizəçisi müalicə üçün xəstəxanaya aparılıb, saxlanılan şəxs də təhlükəsizlik xidmətinə təhvil verilib.

Hücum edən şəxs Sudiyyə vətəndaşıdır.

Bu xəbər elə bir halda yayılır ki, bu gün səhər saatlarında Fransanın Nitsa şəhərində bir kilsə yaxınlığında əli silahlı şəxs vətəndaşlara hücum edib, bu hadisə nəticəsində ikisi qadın olmaqla üç nəfər həyatını itirib, bir neçə nəfər də yaralanıb.

“France 24” kanalından verilən məlumata görə, hadisə şəhərin Notr-Dam kilsəsi yaxınlığında baş verib.

Polis hücum edən şəxsi saxlayıb. 

Hadisənin motivi bəlli deyil.  

 

Teqlər