Nyu-York, Portlend və Oreqonda çaxnaşmalar baş verib
https://azeri.sahartv.ir/news/dünya-i369239-nyu_york_portlend_və_oreqonda_çaxnaşmalar_baş_verib
ABŞ mediaları bu ölkənin müxtəlif nöqtələrində çaxnaşmaların davam etməsi və polis tərəfindən bəzi şəxslərin həbs olunmalarından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2020 06:33 Asia/Baku
  • Nyu-York, Portlend və Oreqonda çaxnaşmalar baş verib

ABŞ mediaları bu ölkənin müxtəlif nöqtələrində çaxnaşmaların davam etməsi və polis tərəfindən bəzi şəxslərin həbs olunmalarından xəbər veriblər.

SəhərAzəri xəbər verir, CNBC telekanalının saytı bildiribdir ki, Amerikanın müxtəlif ştatlarında səslərin sayılışının davam etdiyi bir halda, bu ölkə polisi Nyu-York, Portlend və Oreqonda bəzi etirazçıların həbs edilmələrindən xəbər veribdir.

Deyilənlərə görə, həmin bölgələrdə bir çox insan ABŞ prezidenti Donald Trampın səslərin sayılışı prosesinə olan etirazına və seçkilərdə saxtakarlıq barədəki iddiasına etiraz edərək, küçələrə çıxıb və bütün səslərin sayılmasını tələb edir.

Portlenddəki etirazlar mağazaların və satış mərkəzlərinin şüşələrinin sınması ilə nəticələnibdir.