Rusiya NATO-nun hərbi peykini fəzaya buraxacaq
https://azeri.sahartv.ir/news/dünya-i369323-rusiya_nato_nun_hərbi_peykini_fəzaya_buraxacaq
Dekabrın sonunda Rusiyanın «Союз-СТ-А» raketi Fransa Qvianasındakı Kuru kosmodromundan fəzaya qalxaraq NATO üzvü olan Fransanın CSO-2 hərbi peykini özüylə kosmosa daşıyacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2020 06:34 Asia/Baku
  • Rusiya NATO-nun hərbi peykini fəzaya buraxacaq

Dekabrın sonunda Rusiyanın «Союз-СТ-А» raketi Fransa Qvianasındakı Kuru kosmodromundan fəzaya qalxaraq NATO üzvü olan Fransanın CSO-2 hərbi peykini özüylə kosmosa daşıyacaq.

SəhərAzəri Sputnik.az-a istinadla xəbər verir, optik-elektron kəşfiyyat qurğulu raketin startı dekabrın 28-nə planlaşdırılıb.

Bu proses əslində bu ilin aprelində baş tutmalıydı, ancaq «Фрегат-МТ» sürətlənmə blokundakı problem və Kuru kosmodromunun koronavirus səbəbindən bağlanmasına görə təxirə düşmüşdü.

2018-ci ildə Avropada bildirmişdilər ki, 2023-cü ildən etibarən ekvatorial Kuru kosmodromundan «Союз-СТ» daşıyıcı raketinin buraxılmasından imtina edə bilərlər. Çünki Avropada iki yan sürətləndiricisi olan Ariane 6 raketinin hazırlıqları o zamanadək tamamlana bilər.