Noy 08, 2020 18:05 Asia/Baku
  • Almaniyada sağ radikallar aksiya keçiriblər

Almaniyanın Leyptsiq şəhəri şənbə günü sağçı neonasist qrupun 27 üzvünün aksiya səhnəsi olubdur.

SəhərAzəri xəbər verir, bəzi mediaların sayını 20 min nəfər elan etdikləri aksiya iştirakçılarının əllərində nasist Almaniyasının diktatoru Adolf Hitlerin təsvirləri olubdur.

Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə riayət etməyən neonasistlər bu aksiyada polis qüvvələrinə tərəf yandırıcı maddələr tullayıb və onlarla toqquşublar.

Belə bir halda, bəzi anti-nasist qruplar da neonasistlərlə toqquşublar.

Sağ radikal qruplar Almaniya və Avropada mühüm təhlükəsizlik təhdidlərindən biri hesab olunurlar. Onların zorakı hərəkətləri Qərb cəmiyyətlərində yerli terrorizmin bariz nümunəsidir.

Müsəlmanlar və mühacirlər Almaniyada radikal sağçı və irqçi qrupların hücumlarının əsas hədəfidirlər.

Teqlər