Putin vurğuladı;
bundan sonra "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlədilməyəcək
V. Putin bildirib: "Ümid edirəm ki, bundan sonra artıq "Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə etməyəcəyik".
SəhərAzəri xəbər verir, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeniy Ziniçev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla Dağlıq Qarabağ rayonunda humanitar məsələlərlə bağlı iclas keçirib.
İclasda Rusiya Prezidenti Vladimir Putin, bölgədəki hərbi toqquşmaların təkrarlanmayacağına ümid edərək, Dağlıq Qarabağ bölgəsindəki hərbi əməliyyatların tamamilə dayandırıldığını elan edib və bildirib: Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsində bir neçə ay davam edən müharibə zamanı 4000 nəfər öldürülmüşdür.
Vladimir Putin qeyd edib: "Ümid edirəm ki, bundan sonra artıq “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməyəcəyik".